65e0612f059a7202402244919

Tənzilə Rüstəmxanlı boşanma söhbətlərinə belə reaksiya verdi - FOTO

Xalq şairi Sabir Rüstəmxanlının xanımı, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı övladlarının boşanma xəbərlərindən sonra paylaşım edib.

Musavat.com olay.az-a istinadən xəbər verir ki, o, oğlu Cəmil Rüstəmxanlının boşandığı deyilən gəlini Günel Rüstəmxanlı, müğənni Elçin Cəfərovdan ayrıldığı deyilən qızı Aydan Cəfərova və nəvələri ilə fotolarını paylaşıb.

"Bu qala alınmaz, satılmaz, keçilməz, canlar. Karvan keçir. Övladlarım, canlarım, Allahım sizi pis gözlərdən qorusun", - deyə, Rüstəmxanlı bildirib.