Tələbələr 17 Yaşlı Qızı Saatlarla Zorladılar Olanlar Kameraya Düşdü +18 VİDEO
Kanal.az TV
23.02.2021 17:11
10814

Tələbələr 17 Yaşlı Qızı Saatlarla Zorladılar Olanlar Kameraya Düşdü +18 VİDEO

Loading...

Rusiyada birinci kurs tələbələrinin həyata keçiridiyi zorlanma hadisəsinin təfərrüatları məlum olub. Sia.az-ın məlumatına görə, 3 oğlan 17 yaşlı qızı zorlayıb və daha sonra videosunu internetdə yayımlamışdı. Moskva Avtomobil Yolları İnstitutunun tələbələri paytaxt klublarından birində keçirilən partidə gənc qıza münasibətdə olmağı təklif ediblər. İstədiyi cavabı almayan oğlanlar gənc qızı zorla ayaqyoluna dartıblar. Bundan sonra yeniyetmə oğlanlar növbə ilə qıza təcavüz etməyə başlayıblar. 

17 yaşlı İrina əyləncə gecəsinə keçmiş sinif yoldaşının dəvəti ilə gəlib. Qızı da məhz o, zorlamağa təşəbbüs edib. İrina deyib ki, başına gələnləri çox az xatırlayır. "İki oğlan məni tualetə dartırdı və üçüncüsü qapını saxlayırdı. Qalanı artıq o videodan görünür".

Hadisədən sonra zorlamanın iştirakçılarından biri sosial şəbəkədə İrinaya yazıb. O, qızı videonu sosial şəbəkələrdə yaymaqla hədələyib və İrinadan erotik şəkillərini göndərməyi tələb edib. Qız isə cavabında onu polisə verəcəyini söyləyib. Bir müddətdən sonra İrina sosial şəbəkədə videoyazını aşkar edib.

Bu hadisədən sonra gənc qız polisə müraciət etməyib. Ancaq buna baxmayaraq video yayıldıqdan sonra hüquq mühafizə orqaları hərəkətə keçib və faktla bağlı cinayət işi açılıb.

Kanal.az

Zorlama videolar
qıza təcavüz
Loading...