Psixoloq Samirə Bağırova açıqlaması ilə diqqət çəkib.
Kanal.az xəbər verir ki, onun tələbə qızlar barədə səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb.
"Tələbə və gənc qızların hamısı evli kişilərlə görüşməyə meyillidirlər. Düşünürlər ki, bir uşağım olsun, axıra qədər baxsın. İmkanlı blogerlərə, bəzi müğənnilərə baxıb örnək götürürlər. Mənə gəlib deyirlər ki, müğənni Vəfa Şərifova 2 uşaq doğub. O kişi ömrünün sonuna qədər ona baxmalıdır. Famil kimdir? Mən niyə onu tanımalıyam? Yanıma gələn 19-20 yaşlı qızlar mənə Famili, Şəbnəmi, Vəfanı misal çəkirlər. Yerindən duran gənc qız toy müğənnisi olmaq istəyir". /milli.az