Tehran xəstəxanalarında koronavirusa yoluxanlar üçün yataq yerləri tükənib
Dünya
13.04.2021 02:17
741

Tehran xəstəxanalarında koronavirusa yoluxanlar üçün yataq yerləri tükənib

Loading...

İran paytaxtında koronavirus xəstələri üçün nəzərdə tutulmuş xəstəxanalarda yerlər tam olaraq dolub.

ISNA xəbər verir ki, bunu Tehran əyaləti qubernatoru Ənuşirəvan Mohseni Bandpey bəyan edib.

“Tehran əyalətindəki xəstəxanalarda koronavirus xəstələri üçün 6691 yer nəzərdə tutulub. Hazırda onların hamısı məşğuldur. İlk olaraq görməli olduğumuz iş bu yerlərin sayını artırmaqdır”, - deyə qubernator bildirib.

Qeyd edək ki, son sutkada İranda 23 311 yeni yoluxma halı qeydə alınıb. Bu günədək ölkədə COVID-19 səbəbilə ölənlərin sayı isə 64 764 nəfərə çatıb.

koronavirus haqqında
yataqxana
tehran xəstəxanaları
Loading...
close
close