TƏCİLİ! Azərbaycan hərbçiləri Ermənistanı İranla birləşdirən  yolu bağladı
Gündəm
26.08.2021 12:08
0

TƏCİLİ! Azərbaycan hərbçiləri Ermənistanı İranla birləşdirən yolu bağladı

Ötən gün, avqustun 25-də Azərbaycan hərbçiləri Ermənistanı İranla birləşdirən Gorus-Qafan yolunun bir hissəsini bağlayıb.

Ermənistan mətbuatı yazır ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

"Avqustun 25-də saat 23:00 radələrində Azərbaycan tərəfi Qafan-Gorus dövlətlərarası yolun Dərbənd-Şurnux hissəsini bağlayıb.

Yolun açılması, insanların və nəqliyyat vasitələrinin normal hərəkətinin bərpası üçün işlər davam etdirilir”, - deyə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı açıqlamada qeyd olunur.//oxu.az


Paylaş:
Loading...
Loading...