Rusiyada qadın təbii ehtiyacını ödəmək üçün kolluğa girib. İddialara görə, bu zaman o dünyanın ən böyük pələnginin hücumuna məruz qalıb.
Qadının əri son anda yük maşınını pələngin üzərinə sürərək onu xilas edib. Pələngin meşəyə qaçdığını deyən cütlüyün dediklərinə isə müvafiq qurumlar inanmayıb. Ehtimal edilir ki, əslində cütlük pələngi ovlamaq istəyib. Məlumata görə, hadisə Rusiyanın şərqindəki Ussuriyskdə baş verib. 26 yaşlı Darya Ulyanova nəhəng Amur pələnginin hücumuna məruz qalıb. Pələng dünyanın ən böyük pələng növü hesab olunur.
Dərya bildirib ki, əri Mişa yük maşını ilə heyvanı əzərək onu xilas edib. O, hücumdan sonra pələngin meşəyə qaçdığını iddia edib. 26 yaşlı Darya Ulyanova çiyinlərindən və qollarından xəsarət alıb. Mişanın qəhrəmanlığına baxmayaraq, o nəsli kəsilməkdə olan heyvana zərər vurduğu üçün 20.000 funt sterlinq cərimələnə bilər. Bundan əlavə, müstəntiqlər bildirirlər ki, Mişa və Dərya əslində etdiklərini ört-basdır etmək üçün yalan danışmış ola bilərlər. Polis və pələng mütəxəssisləri Dəryanın hücuma məruz qalan zaman itmiş itini axtarması və bitki yığması ilə bağlı iddiaları araşdırır. / kanal.az
16:25İnsanlar 2050-ci ildə belə görünəcək - FOTO
16:25Heyvanlar da insanlar kimi bir-birini qısqanır?
16:25Xalq artisti 1 milyona yolka hazırlatdı -
16:25Antarktikadakı "Qan Şəlaləsi"nin sirri açıldı - Sən demə... - FOTO
16:25Buzlaq altında sirli şəhər aşkarlandı
16:25"Bəzi kişilər ondan ayrılan xanımının başqa kişi ilə münasibətə başlamasını qəbul edə bilmir"