Tarixi qələbə “Qarabağ”a nə qədər qazandırdı? - Məbləğ

  • Manşet
  • 17 Sentyabr 2025
68caf6a71cade202509255759

Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda möhtəşəm qələbə qazanan “Qarabağ” böyük bonus əldə edib.

Kanal.az xəbər verir ki, səfərdə “Benfika”nı 3:2 hesabı ilə məğlub edən Ağdam klubu 3 xaldan savayı 2,1 milyon avro (4,24 milyon manat) qazanıb.

Bu, UEFA-nın qitənin bir nömrəli klub turnirinin əsas mərhələsində qazanılan hər qələbəyə görə verilən mükafatdır. Heç-heçə halında komandalara 700 min avro (1,42 milyon manat) ödənilir. (Publika.az)

Oxşar xəbərlər