Tanınmış müğənni illər sonra - Efirdən uzaqlaşma səbəbini açıqladı - VİDEO

  • Şou biznes
  • 24 Noyabr 2025
69243b55d28ae202511250245

Uzun illərdir efirlərdən uzaq düşən müğənni Yaqut Babayeva səhhətindən və sənətdən uzaqlaşmasının səbəblərindən danışıb.

Kanal.az milli.az-a istinaən xəbər verir ki, sənətçi “Günə Uğurla” verilişinin qonağı olaraq illər sonra efirə çıxıb.

Yaqut Babayeva bildirib ki, artıq fəaliyyətini əsasən kənardan izləyir və bunu təqaüdə çıxması ilə əlaqələndirir:

“37 il oxudum, bəs deyil? Nəvələrimlə məşğul oldum. Mədəniyyət evində çalışırdım, yaşım 65 olduqdan sonra yollarımızı ayırdıq”, – deyə müğənni söyləyib.

Sənətçi həmçinin səhhətində yaranan problemlərə görə əməliyyat keçirdiyini deyib:
“Bu yaxınlarda öd kisəmdən əməliyyat oldum. Özümü yaxşı hiss edirəm”.

Yaqut Babayeva həmçinin efirdə Əməkdar artistlərin biri ilə arasında inciklik yarandığını, buna isə tanınmış aparıcılardan birinin səbəb olduğunu bildirib.

Oxşar xəbərlər