ABŞ-ın Arizona ştatında tanınmış siyasətçi Matteu Heinz toplantı zamanı biabır olub.
Kanal.az xəbər verir ki, Tucson şəhərində Yerli Komitənin rəhbər şəxslərinin videokonfransı zamanı eyni zamanda həkim işləyən Heinzin kamerasında gənc oğlan müşahidə edilib. Yarıçılpaq formada olan oğlanın kameraya düşməsindən sonra həkim tez kameranı bağlasa da, iştirakçılar hadisəni müşahidə ediblər. Məlum olub ki, Heinz toplantıya Karib dənizindəki istirahət etdiyi gəmidən qoşulub. Heinz iddia edib ki, oğlan onun dostudur. Qeyd edək ki, bundan əvvəl Heinz homoseksual olduğunu etiraf etmişdi. Gəncin isə onun sevgilisi olduğu irəli sürülür.