Tanınmış aparıcı koronavirusa yoluxdu - VİDEO
Hadisə
24.03.2021 16:13
311

Tanınmış aparıcı koronavirusa yoluxdu - VİDEO

Loading...

Azərbaycanın tanınmış aparıcılarından biri koronavirusa yoluxub. 

Kanal.az oxu.az a istinadən xəbər verir ki, söhbət aparıcı Aytən Səfərovadan gedir. O, bu barədə sosial şəbəkədə video paylaşıb. 

Koronavirusa yoluxduğunu bildirən aparıcı COVID-19 infeksiyasına qarşı laqeyd yanaşanlara səslənərək sağlamlıqlarını qorumağa çağırıb:

“Test verdim və COVID-19 testinin nəticəsi müsbət çıxdı. Artıq öskürək başlayıb. Öskürən zaman elə bilirəm ki, nəfəsim gedəcək və gəlməyəcək. Bax belə ifadəsi çətin bir hiss var. Getdikcə vəziyyətim ağırlaşır. Amma ümid edirəm ki, yaxşı olacaq. Kim indi xəstədirsə, yastığınız yüngül olsun. Özünüzü, övladlarınızı qoruyun”.

Qeyd edək ki, A.Səfərova müalicəsini evdə izolyasiya şəraitində davam etdirir.

Loading...
close
close