"Tamaşaçılar istədi və qayıtdım, mən efirə lazımam" - Səidə Bəkirqızı

  • Gündəm
  • 22 Sentyabr 2025
68c3139e9df15202509252326

"Space TV"dən işdən azad edildiyi barədə yayılan xəbərlərə baxmayaraq, tanınmış aparıcı Səidə Bəkirqızı yenidən efirə qayıdıb.

Kanal.az xəbər verir ki, aparıcı bu xəbəri təsdiqləyib:

"Bu, hər kəsin istəyi ilə oldu. Televiziyaya yenidən dəvət aldım. İzləyicilər də efirə qayıtmağımı istəyirdilər. İndi izləyicilərin mənə olan etimadlarını doğrultmalıyam. Bir sözlə ifadə etsək, mən bu gün efirə lazımam. Tamaşaçılara haqsızlıq edə bilmərəm".Səidə Bəkirqızı verilişin formatında dəyişiklik edilməyəcəyini deyib. Qeyd edək ki, jurnalistin məcburi köçkünlərlə bağlı ifadələri narazılıq yaratmış və o, jurnalistikadan getdiyini bəyan etmişdi.

Oxşar xəbərlər