Dünya
26.08.2021 12:50
208

"Taliban" lideri haradadır? - "Çıx ortaya danışaq" / Çağırış edildi

Əfqanıstanın ilk qadın bələdiyyə sədri, qadın hüquqlarının müdafiəçisi Zərifə Qafari “Taliban” liderinə çağırış edib.

Kanal.az xəbər verir ki, o, Türkiyə mediasına müsahibəsində bildirib:

“Mesajım burdan “Taliban” lideri Molla Heybətullahadır. Harada olduğuna və niyə ortaya çıxmadığına təəccüblənirəm. Mən birbaşa ona səslənirəm. Rica edirəm. Ortaya çıx danışaq”.

Qeyd edək ki, Zərifə “Taliban” Kabilə daxil olmadan iki gün əvvəl Əfqanıstanı tərk edib.


Paylaş:
Loading...
Loading...