“Taliban” dünyaya ELAN ETDİ: Hamı bilsin ki, Türkiyə qardaş ölkədir -  Pakistanla isə…
Dünya
16.08.2021 19:54
11387

“Taliban” dünyaya ELAN ETDİ: Hamı bilsin ki, Türkiyə qardaş ölkədir - Pakistanla isə…

“Türkiyə bizim üçün qardaş ölkədir. Türkiyə ilə yaxşı münasibətlər qurmaq istəyirik”.

Kanal.az xəbər verir ki, “Taliban” sözçüsü Suhail Şaheen Türkiyə mətbuatına açıqlamasında belə deyib. O bildirib:

“Bizim dünyaya mesajımız budur ki, Əfqanıstanda hökumt qurulacaq və bu hökumət dünyadakı proseslərə uyğun davranacaq. Pakistan və ətrafımızdakılar üçün əsas hüquqları tanıyaraq hökumət qurmaq istəyirik. Türkiyə ilə Əfqanıstan arasında münasibətlərin davam etməsini istəyirik. Burada qardaş ölkənin bizimlə olması çox gözəldir”.

Kanal.az


Paylaş:
Əqanıstan
Taliban
Türkiyə
Pakistan
Loading...
Loading...