6320247ca8b4a202209223436

Taleh erməni rəqibini göyə qaldırıb yerə çırpdı - VİDEO

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında Ermənistan təmsilçisi Qraçya Poqosyana qalib gəlib.

Kanal.az xəbər verir ki, o, erməni rəqibinə 10:4 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.

63 kq-da fəxri kürsünün 3-cü pilləsinə qalxan 33 yaşlı idmançı bildirib ki, qarşılaşmadan öncə həyəcanlı olsa da, daha sonra sakitləşib: "Məşqçilər sağ olsunlar, məni yaxşı hazırladılar. Döşəyə çıxdım, Allah məni utandırmadı. Ermənilər bizim həm döyüş meydanında, həm də idmanda düşmənimizdir. Şükürlər olsun, indiyədək onlara uduzmamışam. Bu dəfə də belə oldu. Sonadək Ermənistan təmsilçisinə məğlub olmasam, idmandan başıdik gedəcəyəm. Erməni üzərində qələbəmi komandirim şəhid Elçin Mansurovun xatirəsinə, həmçinin anama həsr edirəm".