1Xbet
1Xbet
Süveyş kanalındakı qəzanın Azərbaycana müsbət təsiri olacaq
Maraqlı
29.03.2021 11:13
608

Süveyş kanalındakı qəzanın Azərbaycana müsbət təsiri olacaq

Loading...

“Süveyş kanalında baş verən qəza dünya üçün beynəlxalq nəqliyyat dəhlizləri baxımdan yeni reallıqları gündəmə gətirdi”.

Kanal.az oxu.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib.

“Aralıq və Qırmızı dənizləri bir-birinə bağlayan Süveyş kanalında baş verən gəmi qəzasından sonra kanalın qismən bərpası mümkün olsa da, hələ də bu dəhliz tam gücü ilə çalışmır. İlkin qiymətləndirmələrə görə, bu kanalın bir həftəlik bağlanması dünya iqtisadiyyatı üçün 10 milyard dollaradək xərc yaradır. Dəniz nəqliyyatının bağlanması Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) nəqlini də çətinləşdirdi”, - deyə millət vəkili bildirib.

Onun sözlərinə görə, Süveyş kanalında baş verən son qəza neft bazarında ilk gün 5 faizə yaxın qiymət artımına səbəb olsa da, təchizat ilə bağlı investorların narahatlıqları son günlər xeyli səngiyib və bu da “qara qızılın” birjalarda satışının bu gün 2 faizlik azalma ilə başlamasına səbəb olub:

“Göründüyü kimi, fundamental səbəblər olmadan neftin qiyməti hələlik 70 dollarlıq psixoloji həddi keçib və onun həmin intervalda stabilləşməsi real görünmür”.

Vüqar Bayramov əlavə edib ki, Süveyş kanalında baş verən gəmi qəzası ölkəmizin də aktiv iştirak etdiyi Şimal-Cənub nəqliyyat dəhlizinin əhəmiyyətini daha da artıracaq:

“Qeyd edək ki, Şimal-Cənub nəqliyyat dəhlizi şimaldan yüklərin Azərbaycan üzərindən Hindistana qədər daşınmasına imkan yaradacaq. Azərbaycan həm investisiya, həm infrasturuktur baxımından layihənin reallaşmasına dəstək verir. Layihənin genişlənməsi Azərbaycan üçün beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından da vacibdir”.

Şimal-Cənub Nəqliyyat Dəhlizi


Qəza ilə əlaqədar kanalda nəqliyyatın müvəqqəti olaraq dayanmasının Azərbaycana və ərazi üzrə biznes əməliyyatları həyata keçirən yerli sahibkarlara təsirini də şərh edən iqtisadçı vurğulayıb ki, ilk növbədə hadisə makroiqtisadi baxımdan Azərbaycan neftinin qiymətinin yüksəlməsinə səbəb oldu:

“Qəzadan sonra “Azeri Light” markalı neftin qiymətində 5 faizə yaxın artım oldu. Kanalın bağlanmasının iş adamlarımız üçün ciddi xərc yaratması barədə isə hələlik xüsusi məlumat yoxdur”.

Loading...
close
close