Superliqadan çıxanlar 150 milyon avro cərimə ödəməlidir
İdman
24.04.2021 03:46
534

Superliqadan çıxanlar 150 milyon avro cərimə ödəməlidir

Loading...

Almaniyanın “DerSpiegel” nəşri 167 səhifəlik Superliqa sazişinin bəzi detallarını açıqlayıb.

Müqaviləyə əsasən, onu imzalayan klublar 23 il ərzində turnirdə çıxış etmək öhdəliyi götürür və ən tez üç il sonra Liqadan çıxa bilər. Əks halda klub 150 milyon avro cərimə ödəməlidir.

Əgər klub hər hansı bir ödəniş almadan turniri tərk edirsə, o zaman cərimə ödəməyə də bilər. Lakin bunun üçün onun müvafiq qərarının əleyhinə birdən artıq Superliqa klubu səs verməməlidir.

Qeyd edək ki, Superliqa 12 klubun imzası ilə təsis olunsa da, bir neçə gün ərzində klublardan 8-i onu tərk etmək barədə qərar verib.

superliqaya çıxanlar
150 milyon avro
cərimə
Loading...
close
close