Sumqayıtda 12 yaşlı uşaq faciəvi şəkildə öldü
Sumqayıtda evdə tək olan 12 yaşlı uşağın üzərinə şüşə düşüb, uşaq qanaxmadan ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə 1-ci mikrorayonda qeydə alınıb.
2012-ci il təvəllüdlü Zəhra Zaur qızı İbrahimova azyaşlı bacısı ilə evdə tək olub. Ehtiyatsızlıqdan qapının şüşəsi üzərinə düşən qız qanaxmadan ölüb.
Fakt araşdırılır.
- Ölkə
- 06 İyul 2024