“Sülhməramlılar” Qırmızı Bazarda erməni uşaqlara hərbi dərs keçdi

  • Ölkə
  • 17 Fevral 2022
620e0cfeda115_ndndtyjtytyj

Qarabağın Qırmızı Bazar kəndinin məktəbində uşaqlara əvvəllər döyüş əməliyyatlarının aparıldığı ərazilərdə, çoxlu sayda partlayıcı əşyaların olması ilə bağlı təhlükənin artmasından və ilkin tibbi yardımın necə göstərilməsindən danışılıb.

Kanal.az Rusiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Rusiya sülhməramlıları "Sülhməramlının dərsi” maarifləndirici kampaniyası zamanı "Dağlıq Qarabağ”ın Martuni rayonunun Qırmızı Bazar (Karmir Şuka. – qondarma erməni adını RF MN mötərizədə qedy edib. – red.) kənd orta məktəbində interaktiv dərs keçirib.

Mühazirə zamanı Rusiya sülhməramlı kontingentinin hərbçiləri uşaqlara sülhməramlıların əsas vəzifələri, Rusiyada və dünyada sülhməramlı qüvvələrin yaradılması tarixi haqqında məlumat veriblər.

Rus istehkamçıları ərazinin necə təmizləndiyini nümayiş etdirib, mina detektorunun necə işlədiyini göstərib və özlərini əsl sülhməramlılar kimi hiss etmək üçün onlara avadanlıqları sınaqdan keçirmələri üçün veriblər.

"Sizə minnətdarıq ki, gəldiniz, bizi unutmadınız, bizi diqqət mərkəzində saxlayırsınız və bizə göstərdiyiniz hər şey uşaqlarımız üçün çox faydalıdır və buna ehtiyacımız var, çünki belə bir vəziyyətdə yaşayırıq, bura elə bir yerdir ki, biz bunu bilməliyik”, - rus dili müəllimi Helen Kavasyan bildirib.

Sonda məktəbin şagirdləri və müəllimləri Rusiya sülhməramlı kontingentinin humanitar cavab mərkəzinin zabitlərinə dərsə və gənclərin təhsili sahəsində göstərilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

Rusiya prezidenti, Ermənistan baş naziri və Azərbaycan prezidentinin birgə bəyanatında göstərilən razılaşmalara uyğun olaraq, 2020-ci il noyabrın 10-da Moskva vaxtı ilə saat 00:00-dan etibarən Qarabağda tam atəşkəs elan edilib və bütün hərbi əməliyyatlar dayandırılıb.

Qarabağda atəşkəs və hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib.

Oxşar xəbərlər