“Ştammlar çoxalacaq, nə qədər adam öləcək...” - Özəl açıqlama
Ölkə
04.09.2021 14:05
864

“Ştammlar çoxalacaq, nə qədər adam öləcək...” - Özəl açıqlama

Ümumdünya Səhiyyə Təşkilatının sentyabrın 2-də yaydığı məlumatda koronavirusun yeni ştamı ilə bağlı dünya ölkələrinə xəbərdarlıq edilib. Belə ki, virusun yeni növü “mu” variantı adlandırılıb. Artıq Yaponiyada COVİD-in yeni ştamına 2 nəfərin yoluxduğu da qeyd olunub.

ÜST-ün bu xəbərdarlığından sonra isə, dünyanı cənginə alan pandemiya bəlasının hələ bir müddətdə davam edəcəyi ilə bağlı narahatlıqlar xeyli artıb.

Digər maraqlı məqam isə, COVİD-in yeni variantlarının latın əlifbasının hərfləri ilə adlandırılmasıdır. Bu isə insanlarda belə bir sualın yaranmasına gətirib çıxarır:

Latın əlifbasının hərfləri bitənə qədər koronavirusun yeni variantları ortaya çıxmağa davam edəcək?   

Sözügedən məsələ ilə bağlı  fikirlərini bölüşən politoloq Cümşüd Nuriyev virusun növbəti ştamlarının peyda olacağını da istisna etməyib: 

“Koronavirus ştamlarının sayı hələ çox olacaq. Ümumiyyətlə isə, verilən məlumatlara görə, bu proseslər 2022-ci ilin aprel-may aylarına kimi davam edəcək. Bunu 2020-ci ilin yanvarında türkiyəli alimlər də qeyd etmişdi. Yəni, görünən qədərilə yunan əlifbasının növbəti hərflərinə də, yəqin ki, rast gələcəyik. Həmin vaxta kimi nə qədər insanın öləcəyini və ya nələrin baş verəcəyini isə zaman göstərəcək”.

Politoloq pandemiyanın arxasında siyasi və iqtisadi maraqların dayandığını qeyd edib:

“Pandemiyanın davam etməsi birbaşa maddi maraqlarla əlaqədardır. Yəni, siyasətin özü belə iqtisadi maraqlardan doğur. Virusun yeni variantlarının ortaya atılmasının əsas səbəbi də məhz bununla əlaqədardır. Xüsusilə də böyük ölkələrin kəşfiyyatlarının bütün bu proseslər haqqında məlumatlı olduğunu söyləyə bilərik”.

Bundan əlavə, Cümşüd Nuriyev virusun yayılması planının Vatikan tərəfindən hazırlandığını və Bil Qeytsin maddi dəstəyi ilə davam etdirildiyini də sözlərinə əlavə edib.

Politoloq dünya əhalisinin sayının azaldılmasının pandemiyanın əsas məqsədi olduğunu da qeyd edib.(bizim.media)

Paylaş:
Loading...
Loading...