SON DƏQİQƏ: Xankəndiyə gələn erməni rəsmiləri peşman etdilər -  Gözlənilməz hücum
Gündəm
02.09.2021 22:39
1263

SON DƏQİQƏ: Xankəndiyə gələn erməni rəsmiləri peşman etdilər - Gözlənilməz hücum

Ermənistanda hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputatların Xankəndiyə səfəri insidentlə yadda qalıb.

Kanal.az “Qraparak” nəşrinə istinadən xəbər verir ki, müharibədə ölən əsgərlərin valideynləri daşla silahlanaraq deputatların qaldıqları otelə hücuma keçiblər. Onlar millət vəkillərini uşaqlarının ölümündə ittiham ediblər və Xankəndiyə gəlmək haqlarının olmadığını bildiriblər.

Bundan başqa, ölən hərbçilərin valideynləri deputatların qrafikini öyrənərək onların qəbiristanlığa getmələrinə mane olublar. Bu səbəbdən millət vəkilləri əvvəlcə qəbiristanlığa səfərlərini təxirə salıblar, daha sonra isə qrafiki dəyişərək mühafizəçilərin müşayiəti ilə ziyarətlərini gerçəkləşdiriblər.


Paylaş:
Loading...
Loading...