SON DƏQİQƏ! Ukraynadan UĞURLU HƏMLƏ - Ordu “şərqdəki son qala”ya doğru irəliləyir

  • Dünya
  • 20 Sentyabr 2022
63297d18a146f202209224304
  • Oxunub: 3653
Kişilər viaqraya ehtiyyacınız yoxdur.. Cinsi zəiflik üçün resepti yaz
Kişilər viaqraya ehtiyyacınız yoxdur.. Cinsi zəiflik üçün resepti yaz

Aylardır davam edən müharibədə rollar dəyişib… Hücumları davam etdirən Ukrayna qüvvələri Luqanska daxil olaraq “şərqdəki son qala”ya doğru irəliləməyə başlayıb. Ukrayna-Rusiya müharibəsində son vəziyyət...

Dünyanın gözü fevralın 24-dən Ukraynadan gələn xəbərlərdədir. Rusiya ordusu müharibənin ilk günündə ölkənin paytaxtı Kiyevi hədəf seçmiş, lakin istədiyinə nail ola bilməmişdi Sonradan hədəfini Donbass olaraq təyin edən və bu bölgədə irəliləyən Rusiya ordusu bir müddətdir ki müdafiə mövqeyindədir.

Çünki Ukrayna qüvvələri həftələrdir müxtəlif nöqtələrdən hücuma keçib. Bu hücumlar nəticəsində müharibədə rollar dəyişib.

UKRAYNA BÖLGƏYƏ NƏZARƏTİ ƏLƏ ALDI

Musavat.com “Daily Mail”ə istinadən xəbər verir ki, Ukrayna ordusu aylar əvvəl Rusiya ordusu tərəfindən işğal olunmuş Luqanska daxil olub.

Artıq Ukrayna qüvvələri buradakı ilk yaşayış məntəqəsində nəzarəti ələ alıb. Bu barədə Luqansk vilayətinin qubernatoru Sergey Qayday məlumat verib.

Qayday elan edib ki, Ukrayna ordusu Lisiçansk şəhərindən cəmi 8 kilometr aralıda yerləşən Bilohorivka kəndinə tam nəzarəti bərpa edib.

Ukrayna qüvvələrinin “şərqdəki son qala” kimi tanınan Lisiçanska doğru irəliləyəcəyi bildirilir.

ZELENSKİ AÇIQLADI: NÖVBƏTİ ADDIMI PLANLAŞDIRIRIQ

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı hücumdan sonra irəliləyişin davam edəcəyi mesajını verib. Zelenski Ukrayna ordusunun arxayınlaşması ilə bağlı iddiaları rədd edib:

"Biz növbəti addıma hazırlaşırıq. Bəziləri qələbədən sonra arxayın olduğumuzu düşünə bilər. Belə bir şey yoxdur. Növbəti addımlara hazırlaşırıq. Çünki bütün Ukrayna azad edilməlidir”.

Qeyd edək ki, sentyabrın əvvəlində başlayan hücumla Ukrayna rus ordusunu, demək olar ki, bütün Xarkov vilayətindən çıxarmağa müvəffəq olub. Kiyevdən verilən məlumata görə, 300-dən çox yaşayış məntəqəsi rus işğalından azad edilib.

Rus əsgərləri Donbass bölgəsindəki mövqelərinə geri çəkilməyə məcbur olsa da, Ukraynanın azad etdiyi yaşayış məntəqələri hələ də Rusiya ordusunub artilleriya bombardmanına məruz qalır.

Oxşar xəbərlər