SON DƏQİQƏ! Türkiyəyə qarşı sanksiyalar ləğv edildi - Ankaranın təzyiqi nəticə verdi

  • Dünya
  • 30 Sentyabr 2022
6336e05ee2a22202209222606
  • Oxunub: 116

İsveç Türkiyəyə qarşı silah embarqosunu ləğv edib.

Kanal.az xəbər verir ki, bu barədə Trthaber məlumat yayıb. Sanksiyaların qaldırılması barədə İsveçin rəsmi dairələri açıqlama yayıb. İsveç Strateji Məhsullar Departamentinin məlumatına görə, embarqonun ləğv edilməsi ilə hərbi ləvazimatların Türkiyəyə satışına başlanılmasına qərar verilib. İsveçli rəsmilər satışa icazə verilən ləvazimatlar arasında texnologiyaların da yer aldığını açıqlayıb.

Qeyd edək ki, Türkiyə Suriyanın şimalında antterror əməliyyatları keçirdiyinə görə, İsveç Ankaraya embarqo tətbiq etmişdi. Lakin NATO-ya üzv olmaqla bağlı Türkiyənin səsinə ehtiyac duyan İsveç Ankara ilə danışıqlara başladı. Ankara İsveç qarşısında bir sıra şərtlər irəli sürüb. Şərtlərdən biri də embarqonun ləğv edilməsi idi.

Oxşar xəbərlər