6336e2059ffed202209223309

SON DƏQİQƏ! Putin dünyaya canlı yayımda elan edir - "Hər şey edəcəyik"

Bu dəqiqələrdə Prezident Vladimir Putin Xerson, Donetsk, Donbas və Zaporojyenin Rusiyaya birləşdirilməsi münasibətilə təşkil edilən təntənəli tədbirdə çıxış edir.

Kanal.az xəbər verir ki, Putin bildirib ki, Kiyev Rusiyanın mövqeyinə hörmətlə yanaşmalıdır. Sülh yalnız bu halda mümkün ola bilər. Putinin sözlərinə görə, Rusiya həmin ərazilərdəki sakinlər üçün bütün şəraiti yaradacaq.

Qeyd edək ki, Luqansk, Xerson, Donetsk və Zaporojye vilayətlərində Rusiyaya birləşmək barədə referendum keçirilib. Putin vilayətlərin Rusiyaya birləşməsi barədə fərman imzalayıb.