SON DƏQİQƏ!  Müdafiə Nazirliyi Şuşada həlak olan əsgərimizlə bağlı açıqlama yaydı
Ölkə
28.08.2021 11:37
954

SON DƏQİQƏ! Müdafiə Nazirliyi Şuşada həlak olan əsgərimizlə bağlı açıqlama yaydı

Müdafiə Nazirliyindən bildiriblər:

Bəzi KİV-də və sosial şəbəkələrdə Şuşa şəhəri istiqamətində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı qeyri-dəqiq məlumat yayılıb.

Kanal.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, əsgər Həziyev Çingiz Ramin oğlu xidmət etdiyi hərbi hissədə baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.

Hazırda faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Müdafiə Nazirliyi bildirir ki, bəzi KİV-lər həqiqəti kobud şəkildə təhrif edərək ictimaiyyəti çaşdırır və bununla da düşmənin maraqlarına xidmət etmiş olur.
Bir daha dəqiqləşdirilməmiş məlumatların yayılmasının yolverilməzliyini diqqətə çatdırırıq.

oxu24.com

Paylaş:
Loading...
Loading...