1Xbet
1Xbet
SON DƏQİQƏ: Mübariz Mənsimova daha bir ŞOK HADİSƏ !
Gündəm
13.02.2021 21:03
1577

SON DƏQİQƏ: Mübariz Mənsimova daha bir ŞOK HADİSƏ !

Loading...

Ötən ilin mayından Beyrut limanında atılıb qalmış və borc görə limanı tərk edə bilməyən “Kapitan Nağdəliyev” tankerinin 4 azərbaycanlı heyət üzvü aclıq aksiyasına başlayıb.

Kanal.az UMS.media portalına istinadla xəbər verir ki, onlar bir ildən çoxdur maaş ala bilmədiklərinə və sənədləri girov olaraq əllərindən alındığından gəmini tərk edib evlərinə qaytmaq imkanında olmadıqlarına etiraz edirlər.

Malta bayrağı altında üzən “Kapitan Nağdəliyev” tankeri hazırda FETÖ ittihamı ilə Türkiyədə həbsdə olan keçmiç gəmiçilik maqnatı, “Xəzər Lənkəran“ın yaradıcısı Mübariz Mənsimovun “Palmali” şirkətinə məxsusdur. Şirkət hazırda müflis durumdadır və onlarla gəmisi müxtəlif limanlarda borca görə saxlanılıb, yaxud üzərlərinə həbs qoyulub.

Bildirilir ki, kapitanın baş köməkçisi və ikinci köməkçisi hələ 2019-cu ildən bəri maaş ala bilməyiblər. “Palmali” şirkəti gəmini taleyin ümidinə buraxıb. Gəmidə qalan heyət üzvlərinin ərzaq və içməli su təminatını Beynəlxalq Nəqliyyatçılar Federasiyası həyata keçirir.

Gəmi ötən ilin avqustunda Beyrut limanında baş vermiş böyük partlayışın təsirinə məruz qalıb, heyət üzvlərindən bir neçəsi xəsarət alıb.

Ötən ilin oktyabrında gəminin 12 nəfərlik heyətindən (10-u Azərbaycan, 2-i Rusiya vətəndaşı olmaqla) 4 dənizçini ölkələrinə göndərmək mümkün olub, sığorta şirkəti onların 4 aylıq maaşını da ödəyib.

Daha sonra 5 heyət üzvü də ölkələrinə göndərilib və gəmidə cəmi 4 heyət üzvü-Azərbaycan vətəndaşları qalıblar.

Onlar Beynəlxalq Əmək Təşkilatını Livan hakimiyyətinin və digər maraqlı ölkələrin üzləşdikləri vəziyyətə diqqətini cəlb etmək üçün yeganə çarə kimi aclıq aksiyasına başladıqları haqda məlumatlandırıblar

Mübariz Mənsimov
Xeberler
Loading...
close
close