SON DƏQİQƏ!  Kreml Paşinyanla bağlı açıqlama yayıb
Gündəm, Dünya
01.03.2021 17:58
745

SON DƏQİQƏ! Kreml Paşinyanla bağlı açıqlama yayıb

Loading...

Kreml Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra “İsgəndər” raketlərinin effektivliyi ilə bağlı onun yanlış məlumatlandırılması qənaətinə gəlməsindən məmnundur.

Kanal.az -ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu məsələ ilə bağlı həqiqətin bərpa olunması çox vacibdir”, - deyə D. Peskov vurğulayıb.

Qeyd edək ki, Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorqyan  N. Paşinyanın Rusiyanın “İsgəndər” operativ-taktiki raketlərinin effektivliyi ilə bağlı yanlış məlumatlandırıldığını və bu məsələnin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı müzakirə olunduğunu bildirib. 

kreml
yeni xəbərlər
dağlıq qarabağ
Loading...
close
close