637e154ae0e65202211224250

SON DƏQİQƏ! İranın bu şəhərinə hücum edildi: Ələ keçirməyə çalışırlar - Təcili ordu yeridildi / VİDEO

İran İraqla sərhəddə yerləşən Kürdistan əyalətinə hərbi qüvvələr cəlb edib.

Kanal.az xəbər verir ki, bu barədə İran parlamentinin deputatı Məhəmməd İsmayıl Kövsəri açıqlama verib. O qeyd edib ki, əyalətdə silahlı qruplar nəzarəti ələ keçirməyə çalışırlar. Məlumata görə, Kürdistan əyalətinə göndərilən quru qoşunları həm Kürdistanda vəziyyəti ələ almağa, həm də İraqla sərhəddə təhlükəsizliyi gücləndirməyə çalışacaq.Qeyd edək ki, sosial mediada İraqla sərhəddə yerləşən bəzi şəhərlərdə İran hərbçiləri ilə silahlılar arasında toqquşmaların olduğuna dair görüntülər yayılıb. Görüntülərin nə vaxt çəkildiyi məlum deyil.