SON DƏQİQƏ: ermənilər Xocalıda HÜCUMA KEÇDİ - Müdafiə Nazirliyi AÇIQLAMA YAYDI
Ölkə
22.08.2021 13:40
3037

SON DƏQİQƏ: ermənilər Xocalıda HÜCUMA KEÇDİ - Müdafiə Nazirliyi AÇIQLAMA YAYDI

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən avqustun 21-i saat 23:40-dan etibarən avqustun 22-i saat 00:40-dək Ağdam rayonunun Muğanlı, Xocalı rayonunun Sığnax və Xocavənd rayonunun Tağavard yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub.

AZSABAH.COM-a Müdafiə Nazirliyindən verilən məlumata görə, cavab atəşilə qarşı tərəf susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Paylaş:
Loading...
Loading...