SON DƏQİQƏ: Ermənilər Şuşa istiqamətində AĞIR ZƏRBƏ ALDI:  Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi...
Ölkə
03.09.2021 11:11
5157

SON DƏQİQƏ: Ermənilər Şuşa istiqamətində AĞIR ZƏRBƏ ALDI: Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi...

Sentyabrın 3-ü saat 01:00-dan 02:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən bölmələrimizdən birinin mövqeyi intensiv atəşə tutulub.

Kanal.az-a Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçularının sayıqlığı və dərhal görülən tədbirlər nəticəsində qarşı tərəf itki verib və susdurulub.

Hadisə ilə bağlı Rusiya sülhməramlılarının komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb.

Bildiririk ki, bu qəbildən olan təxribata cəhd göstərildiyi hallarda tərəfimizdən Azərbaycan Respublikasının qanunları çərçivəsində adekvat tədbirlərin görülməsi bundan sonra da qəti şəkildə təmin olunacaq.

Paylaş:
Loading...
Loading...