SON DƏQİQƏ: Çox sayda qırıcı sərhədi keçdi: Raketlər işə salındı -  Dünya həyəcanla izləyir
Dünya
06.09.2021 22:00
3534

SON DƏQİQƏ: Çox sayda qırıcı sərhədi keçdi: Raketlər işə salındı - Dünya həyəcanla izləyir

Tayvan çox sayda Çin hərbi təyyarəsinin ölkə sərhədlərini pozduğunu açıqlayıb.

Kanal.az xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada qırıcı təyyarələr və nüvə daşımaq gücündə olan bombardmançılar da daxil olmaqla 19 təyyarənin sərhəd rejimini pozduğu deyilib.

Nazirlik Çin təyyarələrini xəbərdar etmək üçün raket sistemlərinin aktivləşdirildiyini və döyüş təyyarələrinin havaya qaldırıldığını bildirib.
Çin hələlik rəsmi açıqlama verməyib. / Teleqraf.com


Paylaş:
Loading...
Loading...