SON DƏQİQƏ: Bakının mərkəzində GÜCLÜ YANĞIN BAŞLADI -  FOTO
Ölkə
24.08.2021 15:02
0

SON DƏQİQƏ: Bakının mərkəzində GÜCLÜ YANĞIN BAŞLADI - FOTO

Hazırda Heydər Əliyev prospektində metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Bu barədə Kanal.az-a Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, sıxlıq yol kənarında baş verən yanğın səbəbindən yaranıb.

Fövqəladə Hallar Nazirliyindən "Report"a bildirilib ki, 112 qaynar xəttinə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yanğın hadisəsi barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

İlkin məlumata əsasən, göstərilən ünvanda hasarın alkopandan ibarət üzlüyü yanır.


Paylaş:
Loading...
Loading...