63e14b8376c3d202302234835

SON DƏQİQƏ! Azərbaycan televiziyalarında əyləncəli verilişlərin yayımı dayandırıldı

Türkiyədə güclü zəlzələ ilə əlaqədar 7 günlük ümummilli matəm elan edilib.

Kanal.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında yazıb.

"2023-cü il fevralın 6-da ölkəmizdə baş vermiş zəlzələlərlə əlaqədar 7 günlük ümummilli matəm elan edilib. Bayrağımız 12 fevral 2023-cü il bazar günü, bütün ölkəmizdə və xarici nümayəndəliklərdə gün batana qədər yarıya qədər endiriləcək", - Türkiyə Prezidenti qeyd edib.

Sosial mediada yayılan məlumatlara görə, Azərbaycan televiziyaları da əyləncəli verilişlərin yayımını dayandırıb.

Qeyd edək ki, bu gün gecə saatlarında Türkiyədə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1651-ə, yaralıların sayı isə 11 119-a çatıb. Təbii fəlakət nəticəsində 3471 bina dağılıb. Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib.