SON DƏQİQƏ:  Ağır itki üz verdi - Tamilla Ağamirova  vəfat etdi /  FOTO
Ölkə
01.09.2021 16:14
2054

SON DƏQİQƏ: Ağır itki üz verdi - Tamilla Ağamirova vəfat etdi / FOTO

Məşhur aktrisa Tamilla Ağamirova 94 yaşında vəfat edib.

Kanal.az xəbər verir ki, o, həyat yoldaşı SSRİ xalq artisti, "Romen" teatrının bədii rəhbəri, qaraçı mahnı və romansların dünyaca məşhur ifaçısı Nikolay Sliçenkonun ölümündən sonra cəmi iki ay ömür sürə bilib. Ötən gün, avqustun 31-də günortadan sonra Odintsovo şəhərinin Nikolina Gora kəndindəki evində ölüb. 

Qeyd edək ki, Tamilla Ağamirova 1928-ci il mayın 21-də Bakıda anadan olub. Bakı Teatr Məktəbi və MXAT məktəb-studiyasını bitirib. 1952-ci ildən "Romen" Moskva Musiqili-Dram Teatrının qabaqcıl aktrisasıdır. Dünyada yeganə olan qaraçı teatrının səhnəsində bir çox parlaq obrazlar canlandırıb. O, Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Akademiyasının professoru, "Maski" Fondunun vitse-prezidenti, Beynəlxalq Akademiya Teatrının fəxri magistri olub.

Tamilla Ağamirova 26 avqust 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti", 1982-ci ildə "RSFSR əməkdar artisti", 1988-ci ildə isə "RSFSR xalq artisti" fəxri adlarına layiq görülüb. Bir sıra orden və mükafatlarla təltif olunub.
Aktrisa,  "Don Kixot" , "Onun böyük ürəyi", "Əsl dost", "Koroğlu", "Matteo Falkone" , "Zəncirlənmiş adam" , "Yenilməz batalyon" filmlərində iştirak edib. 

Tamaşaçılar onu daha çox “Yenilməz batalyon” filmindəki musiqi müəllimi Xavər xanım obrazı ilə tanıyırdılar. / lent.az



Paylaş:
Loading...
Loading...