ŞOK TƏXRİBAT!  Rusiyadan SENSASİON QARABAĞ AÇIQLAMASI –  Torpaqlarımızda NƏ BAŞ VERİR?
Gündəm, Ölkə
13.08.2021 13:09
0

ŞOK TƏXRİBAT! Rusiyadan SENSASİON QARABAĞ AÇIQLAMASI – Torpaqlarımızda NƏ BAŞ VERİR?

Rusiya Müdafiə Nazirliyinin Qarabağda baş verənlərlə bağlı məlumatı Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq təxribatdır.

“Avqustun 11-də Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağın silahlı birləşmələrinin mövqelərinə zərbələr endirib, xəsarət alan yoxdur, hadisə ilə bağlı araşdırma aparılır”, – məlumatda deyilir.

Bu informasiya iki kontekstdə diqqət çəkir:

Birincisi, Azərbaycan Ordusu Qarabağda qanunsuz erməni silahlı qruplaşmalarının möhkəmlənməsinə qarşı hərbi müstəvidə addımlarını atır və erməni qoşunları çıxarılmayana qədər bu addımlar davam edəcək: Azərbaycan MN-nin rus sülhməramlılarıına xəbərdarlığı, ardınca Xarici İşlər Nazirliyinin Ermənistan XİN-ə cavabında qeyd olunan məqamlar rəsmi Bakının 10 noyabr razılaşmasının 4-cü bəndinin icrasında israr etdiyini təsdiqləyir;

İkincisi, Rusiya Müdafiə Nazirliyi Azərbaycan suverenliyinə qarşı açıq təhdid irəli sürür: iyulun 6-da erməni terrorçuların Şuşa istiqamətində atəş açması ilə bağlı məlumatda Rusiya MN “Ermənistan və Azərbaycan tərəfləri” qeydi ilə Azərbaycan sərhədləri daxilində İrəvanı tərəf kimi göstərirdi, indi isə bir qədər də irəli gedərək, “Dağlıq Qarabağı”, Xankəndidəki terrorçu rejimi tərəf kimi göstərir;

Rəsmi Moskvadan hərbi rəhbərliyinin bu təxribatı ilə bağlı cavab tələb olunmalıdır. (publika)

Paylaş:
Loading...
Loading...