ŞOK: Əfqanıstanı bu şəxs
Dünya
16.08.2021 18:20
0

ŞOK: Əfqanıstanı bu şəxs "satıb" - Tarixi xəyanətin üstü açıldı

“Taliban”ın Əfqanıstandakı əraziləri və hakimiyyəti sürətlə ələ keçirməsi bəzi sualların yaranmasına səbəb olub. Necə oldu ki, 350 min civarında hərbçi və polis qüvvələrinə sahib olan, müasir hərbi texnikalarla təchiz olunmuş Əfqanıstan ordusu, özündən dəfələrlə az olan taliblərə məğlub oldu?

Kanal.az xəbər verir ki, mütəxəssislər bunun səbəbinin arxasında “satqınlıq” olduğunu irəli sürür. Məlumata görə, taliblər əvvəlcə general Dostumun “qalası” hesab edilən Şibirgan şəhərini, ardınca isə Tacikistanla sərhəddə yerləşən Künduz bölgəsini ələ keçirib. Bu əfqan ordusunun ilk ağır məğlubiyyəti idi. Daha sonra terrorçular strateji önəmə sahib Herat bölgəsinə hücumlara başladı. Vəziyyətin çətin olduğunu görən keçmiş prezident Əşrəf Qəni daha əvvəl görüşməyi rədd etdiyi yerli komandanlardan dəstək istədi. Əşrəf Qəni Herat və ətraf bölgələrdə böyük nüfuza sahib olan komandan İsmail Xanla görüşərək ondan kömək istədi. İsmail Xanın nəzarətindəki silahlıların orduya dəstəyindən sonra taliblər ağır zərbə alaraq geri çəkildi. Taliblərin yenidən fəallaşdığı dövrdə isə İsmail Xan terrorçulara əsir düşdü. Yerli mənbənin “euronews”ə verdiyi məlumata görə, Xanın Əsir düşməsinə səbəb Herat məclisinin nümayəndəsi Kamuran Alizayi olub.

İddialara görə, o taliblərlə gizli görüşərək onlardan “əhv sənədi” alıb. Bununla o, təhlükəsizliyini zəmanət altına alıb. Alizayi bunun qarşılığında isə İsmail Xanı tələyə salıb. O, İsmail Xanı görüş üçün evə çağırıb. Görüş zamanı isə ev taliblər tərəfindən mühasirəyə alınaraq, Xan əsir götürülüb. Mütəxəssislərin fikrincə Xanın əsir alınıb mediada nümayiş etdirilməsi taliblərə qarşı müqavimət göstərən ordu və polis qüvvələrində ruh düşkünlüyünə səbəb olub. Məhz bu hadisədən sonra “Taliban” sürətlə irəliləyərək iki həftə ərzində məqsədinə nail olub. / metbuat


Paylaş:
Əfqanıstan
Tacikistan
ordu
Taliban
Loading...
Loading...