Sizə meydan oxuyuram, nə edirsiniz edin, yenə bacarmayacaqsınız - Ərdoğandan qələbə mesajı

  • Dünya
  • 18 Yanvar 2023
63c7efa51185a202301230957
  • Oxunub: 821

Türkiyədə prezident seçkilərinin vaxtı bir qədər irəli alına bilər.

Kanal.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə mesaj verib. O bildirib:

“Rəhmətlik Menderes 14 may 1950-ci ildə “Yetər, söz millətindir” deyib. Millətimiz 73 il sonra, eyni gündə “altılı masa” deyə qarşımıza çıxan çevriliş həvəskarlarına “yetər” deyəcək”. Milli iradənin ən yüksək məqamı olan Türkiyə Böyük Millət Məclisindən meydan oxuyuram: Nə edirsiniz edin, yenə bacarmayacaqsınız”.

Qeyd edək ki, Türkiyədə Prezidentin seçkiləri bir neçə həftə əvvəl irəliyə almaq hüququ var. Bu növbədənkənar seçkilər hesab olunmur.

Oxşar xəbərlər