Sevil Əliyevanın oğlu bu məşhurun nəvəsi ilə ailə qurub - FOTO/VİDEO

  • Gündəm
  • 22 İyun 2025
68584428711c5202506255800

Ötən gün Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyevin toyu olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, Azər Əliyev Züleyxa Rüstəmova adlı xanımla evlənib.

Onun "Pasha Holding"ə məxsus "Pashabank"da işlədiyi bildirilir.

Qeyd edək ki, Züleyxa Rüstəmova AzTV-nin vaxtilə diktoru olmuş, Azərbaycan SSR-in xalq artisti Fatma Cabbarova və AzTV-nin xarici dildə verilişlər redaksiyasının diktoru Sabir Rüstəmovun nəvəsidir.

xxx

16:15 - 21.06.25

Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyevin toyu olub. Toy şənliyi dünən axşam Cea Breeze-də yerləşən restoranlardan birində baş tutub.

Publika.az xəbər verir ki, mərasimdə dövlət başçısının ailə üzvləri, Azər Əliyevin yaxın qohumları və dostları iştirak edib.

Qeyd edək ki, toy mərasimi ilə bağlı sosial şəbəkələrdə paylaşımlar edilməyib.

Oxşar xəbərlər