Sevgidə yaşın nə fərqi var ki? - Yataqda uyğunluq varsa... / FOTO
Sevgi münasibətlərindəki yaş fərqi hər zaman müzakirə yaradıb. İstər qadın kişidən böyük olsun, istərsə də kişi qadından. Bunun bir fərqi olmur.
Hər zaman bu məsələ mübahisəyə səbəb ola bilir.
“Cougar life”ın yazarı, psixoloq Sarah Hillin fikrincə, bu münasibətlərin çox vaxt su-istifadə hallarına yol verdiyi düşünülür. Yəni yaşlı tərəf gənc sevgilisini cinsi münasibətlərinə görə, digər tərəfin isə yaşlı olanı maddi durumu üçün istifadə etdiyi qənaətinə gəlinir.
OLAY yazır ki, bu ümumi düşüncənin əksinə çox ekspert yaş fərqinin münasibətlərdə su-istifadə edici hallara yol vermədiyini düşünür. Onların fikrincə, bu nüans iki nəfər arasındakı bağı digərlərindən fərqləndirmir.
Məsələ burasındadır ki, bu münasibətlər güc balansını pozur. Yəni Hillin dediyi kimi, bəzən bu münasibətlərdə sui-istifadə hallarını görsək də, hər zaman belə olmur. Əslində isə araşdırmalar bu tipli münasibətlərin çoxunda yaş fərqinin araya girmədiyini, tərəflər arasında təbii bir bağ yarandığını irəli sürür.
Yenə Hillin fikrincə, yaş fərqi olan “flört”lərin riski var. Yəni bu münasibətlərin problem yaratmayacağına zəmanət vermək olmaz.
Bəzi ekspertlər yaş fərqinin münasibətlərdə problem təşkil etdiyini üzə çıxaran araşdırmalar edir. ABŞ-ın məşhur universitetlərindən birində edilən tədqiqatlara görə evli cütlüklər arasındakı yaş fərqi boşanma ehtimalını artırır.
Aralarında 20 yaş fərqi olan cütlüklərin 95 faizi, 10 yaş fərqi olanların 39 faizi, 5 yaş fərqli olanların isə 18 faizi boşanır. Aralarında 1 yaş fərqi olan cütlüklərin isə yalnız 3 faizi evliliklərini bitirir. İki illik evliliklərin 43 faizi, 10 illiklərin və daha çox olanların isə 94 faizində boşanma halları müşahidə olunur.
- Şou biznes
- 18 May 2023