Sərnişinlər metroya koronavirus pasportu ilə buraxılacaq? -  Operativ Qərargah İDDİALARA NÖQTƏ QOYDU
Gündəm
20.08.2021 12:11
674

Sərnişinlər metroya koronavirus pasportu ilə buraxılacaq? - Operativ Qərargah İDDİALARA NÖQTƏ QOYDU

“Xırda tutumlu ticarət obyektlərində COVID-19 pasportu tələb olunmur”.

Kanal.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək istəyirsə mütləq vaksinasiyadan keçməlidir:

“Bu, həm vətəndaşın tibbi sağlamlığını, həm də vətəndaşı qanunu pozmadan qoruyur”.

DİN rəsmisi qeyd edib ki, metroda indiki vəziyyət sabitdir: "Orada vaksinasiya ilə bağlı hər hansı bir tələb yoxdur".

Paylaş:
Loading...
Loading...