61f24b174797c_236969_cfcz1jtigp

Seriallarımıza baxanda adamın ürəyi bulanır, çılpaq reallığımızı göstərirlər - Turan

Aparıcı Turan İbrahimov yerli serialları tənqid edib.

Kanal.az xəbər verir ki, bunla bağlı status paylaşan Turan ekran işlərini zövqsüz adlandırıb:

"Televiziyalarımızdakı yerli seriallara baxanda varlılarımıza da, kasıblarımıza da, həyatımıza da, yaşayışımıza da, şəhərimizə də, kəndimizə də, dilimizə də, mədəniyyətimizə də adamın ürəyi bulanır. Zövqsüzlüyə, səliqəsizliyə baxıb, adamın hətta nifrəti yaranır. Nə gündəyik?!

Statusun mahiyyəti serialları pisləməkdən daha çox, serialların nümunə- standart yarada bilməməsidir. Əslində həddən artıq realistdilər. Əslində, o seriallar çılpaq reallığımızı göstərirlər, bəlkə də. Guya real cəmiyyətimiz fərqlidir ki?". / axsam.az