64b4145ac114f202307230130

Separatçı ilə sülhməramlının dialoqu qəzəb doğurdu – VİDEO

Xankəndidə erməni separatçıların keçirdiyi aksiya çərçivəsində Xocalıdakı rus sülhməramlı kontingentinin müvəqqəti qərargahına yürüş etməsinin ardınca yayılan görüntü sosial şəbəkələrin Azərbaycan seqmentində qəzəblə qarşılanıb.

Kanal.az xəbər verir ki, separatçılardan biri Azərbaycan və azərbaycanlıları təhqir edir, Rusiya sülhməramlısı isə özünü ərazinin “sahibi” kimi aparır və Azərbaycan torpağında yerləşdirildiyinin fərqinə varmır.

Separatçı Qarabağdakı ermənilərin hər birinin evində avtomat olduğunu, onların Azərbaycan Ordusuna qarşı döyüşə biləcəklərini, azyaşlı övladının əlinə belə silah verə biləcəyini də qeyd edir. Guya onlar ona görə döyüşmürlər ki, rus sülhməramlıların “öz vəzifələrini yerinə yetirməsini” gözləyirlər.

İkinci Qarabağ müharibəsində Ermənistan ordusu ilə birgə, Qarabağdakı separatçıların da cəmi 44 gün ərzində tamamilə darmadağın olduğunu xatırladan sosial şəbəkə istifadəçiləri isə separatçının bu iddiasını gülünc adlandırıblar. Eyni zamanda, Qarabağın ermənilər yaşayan hissəsində hər evdə avtomat silahlar olması faktının etirafına diqqət çəkən istifadəçilər elə bu faktın antiterror əməliyyatına əsas verdiyini bildirirlər.