Sənin qulağın eşşəyin ağzında nə gəzirdi?! - Nazilə Səfərli / VİDEO
"Sənin qulağın eşşəyin ağzında nə gəzirdi?!"
Bu sözləri şairə Nazilə Səfərli sosial şəbəkə hesabında deyib.
"Deyirlər, rayonların birində kənd sakininin qulağını eşşək dişləyib. Dünəndən başımı sındırıram, eşşəyə nə qədər yaxın ola bilərsən ki, o sənin qulağını dişləsin. Başım işləmir. Sənin qulağın eşşəyin ağzında nə gəzirdi?! Hələ də fikirləşirəm. Hərçənd ki, cəmiyyətdə eşşəklərlə yan-yana gəzən o qədər adamlar var. Onlara baxanda ağlım kəsir. Bu biri eşşəklər, axı qulaq dişləmir. Ömür yeyirlər, ömür..."- deyə N.Səfərli bildirib.
Qeyd edək ki, şairə sözügedən görüntüsünü "Eşşəklərdən üzr istəyirəm" başlığı altında izləyiciləri ilə bölüşüb:
"Eşşəklərdən üzr istəyirəm. Deyir, aramızda 8 metr məsafə vardı. Eşşək o qədər tullana bilməz, yerindən götürülsə, forsajin səsi qulaq dələr Sənin qulağın eşitmir, ya refleksin yoxdu? Görürəm bəziləri özünü ağıllı sanır, biz də kənd uşağıyıq. Bilən bilir nə demişəm...."
- Şou biznes
- 09 İyun 2023