“Mən gec ana olmuşam. İmkan verin yaşayım, övladımı böyüdüm”.
Kanal.az xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova deyib.
“Tarixin bir günü” verilişində qonaq olan müğənni ailə problemlərindən danışarkən göz yaşlarını saxlaya bilməyib:
“Mən bilirəm ki, Brilliant xanım hər zaman mənim yanımda olub. Amma bu məsələni belə qabartmaq olmazdı. Sirrimi yadlara dedim, heç kim bilmədi, amma bacıma dedim aləmin xəbəri oldu, daha heç kimə güvənə bilmərəm. Mən 35 yaşımda ana olmuşam, Allah mənə bu payı verib gec də olsa. Sizin kimi 18 yaşımda ərə getsəydim, indi başqa həyatım olardı. Mənə imkan verin ki, yaşayım, balamı böyüdüm. Daha 46 yaşdan sonra nəsə dəyişməyəcək. Mən ailəmdə çox xoşbəxtəm”.
Mən həmişə qürurlu olmuşam. 15 yaşımda Filarmoniyada oxuyub, 15 şirvan alırdım, anama və onun oğlu Ayxana baxırdım. Bu mənim borcum idi. Qoymazdım o heç bacısına da ağız açsın”. (az24.az)