"Səidə bizim nəsli biabır edir, bircə, onu deyirəm ki, heyif Rafaeldən..." - Şok sözlər

  • Gündəm
  • 29 Oktyabr 2025
69025464787bc202510255236

Mərhum Xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova xalası, həmkarı Lalə Dadaşovanın ünvanına sərt sözlər deyib.

Kanal.az xəbər verir ki, "Elgizlə izlə" verilişində qonaq olan Səidə aparıcı Elgiz Əkbərdən xalasının adını eşitdikdən sonra belə reaksiya verib:

"Xahiş edirəm ki, mənim yanımda elə insanların adını çəkməyin. Çünki o adda insanları tanımıram və tanımaq istəmirəm. Bir insan ki, xala olaraq sosial şəbəkədə bilib-bilmədən mənə ağzına gələni yazır. Lap mən nəyisə səhv demişəm. Xala olaraq mənə zəng et və soruş ki, nə olub? Yoxsa sosial şəbəkədə yazır ki, beləsən, eləsən. Hər kəs öz keçmişinə baxsın. Mənə heç kim ailə nümunəsi göstərməsin. Mənə ancaq anam zəng vurub nəsə deyə və ya yaza bilər. Anamla mənim aramdakı söhbətə də heç kim qarışa bilməz. Yalnız atam sağ olsaydı, bu məsələyə müdaxilə edə bilərdi. Atam olmayan yerdə heç kim mənim anamla aramda olan söhbətə müdaxilə edə bilməz. Bu, ana-bala arasındadır, özüm bilərəm. O mənə deyər, ya da mən ona. Bir dəfə məndən danışanda, 5 dəfə özlərindən danışsınlar. Hər kəs öz aynasına, çevrəsinə baxsın. Elə sözlər var ki, onları desəm... Mən hələ böyüklüyümü göstərirəm".

***

Müğənni Səidə Dadaşova xalası Lalə Dadaşovanın ünvanına sərt sözlər deyib.

Kanal.az xəbər verir ki, L.Dadaşova "Elgizlə izlə" proqramına zəng edərək Səidəyə cavab verib. O bildirib ki, Səidədən bütün ailəsi üz döndərib:

"Səidə bacımın balasıdır, onun xalasıyam. Ailəmizi gözəl tanıyırsınız, balaca yaşımızda anasız qalmışıq, bizi ata böyüdüb, qayda ilə ailə qurmuşuq. Övladlarımız dünyaya gəlib. Rafael dünyasını dəyişənə qədər hər şey qaydasında idi. Mənim üçün bunlar xoş deyil. İndi tam əksidir, bizim nifrət etdiyimiz onun əri deyil. Rafaelin üçü günü mənə səsyazısı gətirdilər. Ona qulaq asandan sonra Səidəyə son qoydum. Maqaya nifrət edə bilmərəm, çünki Səidəni küçələrdən yığdı, onu arvad etdi".

L.Dadaşova əlavə edib ki, bacısı Sədaqət Dadaşova Səidəni övladlıqdan silib:

"Uşağı olanda gəldilər bağımıza, bacım xəstə canı ilə uşağa baxırdı. Səidə əri ilə gedib gəzirdi. Sonra bağdan çıxandan sonra Sədaqətə ağzından gələni dedi. Sədaqət söylədi ki, Səidə ilə bitdim. Səidə uşaq dünyaya gətirənə qədər Sədaqətin yanında olub. Onu niyə sildiyimizi Sədaqətdən soruşun. Neçə dəfə Sədaqətə dedim ki, sizi barışdırım, ana-balasınız. Dedi, yox, bağışlamayacağam onu.

Səidə gündəmdən düşən kimi daşı atır Brillianta, Sədaqətə, Laləyə. Necə oldu bütün uşaqlar bizim yanımızdadır, ailəmiz birdir. Mən Maqa və Səidənin haqqımda dediklərini eşitdim və ondan sonra onlara dedim ki, sizinlə bitdim. Maqa mənə qayınana deyirdi".

Müğənni bacısı qızını sosial şəbəkələrdə "qara siyahı"ya atdığını söyləyib:

"Səidə hər yerdə bizi biabır edib. Hər yerdə Səidəni "qara siyahı"ya atmışam. Nə pis söyüş var Səidənin ağzındadır. Mənim üçün Səidə yoxdur. Birinci ailəm uğursuz olub, ikinci həyat yoldaşım rəhmətə gedib. Oldu bitdi. Ayıbdır... Ailənin ad-sanı var. Rafaelin (mərhum Xalq artisti Rafael Dadaşovu nəzərdə tutur - red.) ruhu çox narahatdır. Mənim məclisimdə, övladlarımın ətrafında Səidə olmayacaq. O, mənim üçün yoxdur. İndiyənə qədər Rafaelin, Sofa xanımın, Məlik müəllimin ruhuna hörmət etdim, danışmadım. Amma o həddini aşıb. Maqa bu gün var, sabah yoxdur. Maqaya minnətdaram ki, onu yığışdırıb, arvad etdi. Onu məhkəməyə də verə bilərdim. Amma dedim, bacımın balasıdır. 

Mən niyə onu "qara siyahı"ya atmışam? O mənə yazır ki, etmişəm. Mənə yazılan sözləri, səsyazılarını gətirib göstərsəm, Səidəni verilişə çağırmazsınız. Nə oldu bütün bacı balalarım məclisin başında oldu, bircə, Səidə olmadı? Deməli, günahkar odur. Sən yaxşı insan, anana mehriban qız olsaydın başımızın tacı olardın. Bacın Leyli, qardaşın Emil məclisimizin başındadır. Bircə, onu deyirəm ki, heyif Rafaeldən". (axsam.az)

Oxşar xəbərlər
Xəbər lenti