Son günlər məcburi köçkünlərlə bağlı verdiyi açıqlamalarla gündəmə gələn jurnalist Səidə Bəkirqızı əvvəlki iş yerinə geri qayıdır. Kanal.az xəbər verir ki, bizim.media-nın əldə etdiyi məlumata görə, aparıcı yenidən “Space TV”-də çalışacaq. Xatırladaq ki, bir neçə gündür Səidə Bəkirqızının aparıcısı olduğu “Xəbərin izində” verilişində onu Elvin Basqallı əvəz edirdi.