Şəhidimizin övladı faciəvi şəkildə öldü
Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi Həmid Cəfərlinin övladı faciəvi şəkildə ölüb.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Gəncə şəhərində baş verib.
Belə ki, 2017-ci il təvəllüdlü Hüseyn Cəfərli 17 iyul tarixində axşam radələrində şokolad kağızının qida borusunda qalması şübhəsi ilə xəstəxanaya gətirilib.
Müayinə zamanı azyaşlının nəfəs borusunu yad cismin deşməsi nəticəsində öldüyü müəyyən olunub.
- Ölkə
- 18 İyul 2022