1Xbet
1Xbet
Şəhid mayorun doğum günüdür: Yaşasaydı 35 yaşı olacaqdı -  FOTO
Gündəm
13.03.2021 12:46
153

Şəhid mayorun doğum günüdür: Yaşasaydı 35 yaşı olacaqdı - FOTO

Loading...

Bu gün həm də Vətən müharibəsinin unudulmaz şəhid qəhrəmanlarından biri mayor Budaqov Rəşad Ramiz oğlunun doğum günüdür.  

Oxu.az xəbər verir ki, 1986-cı ildə Yevlax şəhərində anadan olan şəhidimiz Azərbaycan ordusu sıralarında tankçı zabit kimi xidmətə başlayıb. Ömrünün 12 ilini xalqına ləyaqətlə xidmət edən mayor R.Budaqov İkinci Qarabağ müharibəsi başlayandan ön cəbhədə vuruşub.

Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşan mayor R.Budaqovun Talış yüksəkliyinin işğaldan azad olunmasında böyük rolu olub. 

Sözügedən istiqamətdə bir dəfə yaralanan mayor R.Budaqov növbəti dəfə ağır yaralandıqdan sonra şəhid olub. 

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə R.Budaqov ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub. 

Şəhidimizdən Vətənə əmanət iki qız övladı qalıb. 

Qeyd edək ki, bu gün həm də Vətən müharibəsi şəhidi 37 yaşlı Xəlilov Ruhin Müzəffər oğlunun da doğum günüdür.


Loading...
close
close