6594670fb8edf202401244207

Səhər bir stəkan qoz suyu içməyin FAYDASI - Şəkəri salır, arıqladır

Həzmə kömək edir

Qoz suyunu istehlak etmək həzmi də asanlaşdırır. Qoz suyu tərkibindəki omeqa 3 yağ turşusu sinir sisteminin sağlam bir şəkildə işləməsinə kömək edir. Qəbizlik probleminiz varsa, qoz suyu bu problemi asanlıqla aradan qaldıracaq.

Süd verən qadınlara faydalıdır

Hamilə və süd verən qadınlar üçün çox faydalıdır. Uşaq əmizdirən analar istehlak etdikdə oradakı vitaminlər ana südü ilə uşağa ötürülür. Bu da körpə üçün lazım olan vitaminlər təbii olaraq alınmasına şərait yaradır.

Dərinizə təbii qulluq

Qoz suyu dəriniz üçün ən sağlam müalicə üsullarından biridir. Tərkibindəki vitaminlər sayəsində dərinizə qulluq edir. Dərinizi təmizləmək üçün qoz suyu istifadə edə bilərsiniz və daha təmiz bir dəriyə sahib ola bilərsiniz.

Diabet xəstələri üçün faydalıdır

Qoz suyu qan şəkərini balanslaşdıraraq diabet üçün faydalıdır.

Qoz suyu necə hazırlanır?

Qoz suyu üçün 1-2 ədəd qoz və 1 stəkan su lazımdır. Təmizlənmiş qoz ləpələrini bir stəkan suyun içinə atın.Bir gecə saxlayıb səhər ac qarına yeməkdən 30 dəqiqə əvvəl için. İçərisindəki ləpələri yeməkdə fayda var.