Səfərbərlikdən sonra Peskovun oğlunu hərbi komissarlığa "çağırdılar" - Özünü rüsvay etdi / VİDEO

  • Dünya
  • 22 Sentyabr 2022
632c08c193c85202209220329
  • Oxunub: 782
Artıq Viagraya ehtiyyacınız olmayacaq! Gecə bir neçə dəfə...
Artıq Viagraya ehtiyyacınız olmayacaq! Gecə bir neçə dəfə...

Rusiya Prezidenti Vladimir Putinin səfərbərlik elan etməsində sonra müxalifətçilər Kremlin mətbuat katibi Dmitri Peskovun oğlunu sınamaq qərarına gəliblər.

Kanal.az “kommersant” qəzetinə istinadən xəbər verir ki, müxalifətçilər Nikolay Peskova zəng edərək, onu hərbi komissarlığa dəvət ediblər. Nikolay Peskov zəngi ciddi qəbul edərək hərbi xidmətə getməkdən imtina edib.

“Əgər mənim cənab Peskov olduğumu bilirsinizsə, anlamalısınız ki, orada olmağım düzgün deyil. Bir sözlə, buna başqa səviyyədə həll edəcəm. Vətəni müdafiə etməkdə problem yoxdur, amma orada görünməyimin məqsədəuyğun olmadığını başa düşməlisiz, sizə müəyyən siyasi nüanslardan danışıram", - o deyib.

Dmitri Peskov isə yayılan videoya münasibətində bildirib ki, videonun tam versiyası yayımlanmayıb. Video montaj olunduğu üçün Nikolay Peskovun dediklərin düzgün anlaşılmır.

Oxşar xəbərlər