Seçki gecəsi ŞOK OLAY - İki bələdiyyə sədri çevrilişə cəhd edib
CHP-çilər seçki gecəsi tarixlərinin ən böyük məyusluğunu yaşadılar. Əslində bu nə ilk, nə də son olacaq.
Türkiyənin "Sabah" qəzetinin jurnalisti Mahmud Övür mayın 14-də Türkiyədə keçirilən prezident və parlament seçkilərindən sonra gecə saatlarında CHP-də yaşanan biabırçılıqlarla bağlı təəssüratlarını qələmə alıb.
Müəllif yazır ki, o gecə CHP-çilər tarixin unudulmaz xəyal qırıqlığına məruz qalıblar. O, birinci turun nəticələrinə görə, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın 2,5 milyon səs fərqi ilə üstünlük qazanmasının Kılıçdaroğlu və tərəfdarlarını şoka saldığını bildirir.
Yazıdan məlum olur ki, seçkidən sonra Kılıçdaroğlunun partiyasında təşkilata məsul olan sədr müavinləri belə gecə ilə yoxa çıxıblar.
"Siyasət yarada bilmədiklərindən, ümid yarada bilmədiklərindən, o gecəni belə idarə edə bilmədilər. Meral Akşenerin müdhiş addımı ilə Kamal Kılıçdaroğlunun yanında yer alan Əkrəm İmamoğlu və Mənsur Yavaşın "Aramızda qalsın, qalib gəldik" deyimi isə onları sadəcə gülüş obyektinə çevirdi.
Amma əsl biabırçılıq həmin gecə CHP-nin qərargahının mərtəbələrində baş verdi. Seçkilərin nəticələrinin açıqlandığı gecə iki bələdiyyə sədrinin CHP Ümumi Qərargahını ələ keçirdiyi bildirilib. CHP tərəfdarlarının təbirincə desək, iki bələdiyyə sədri qərargahın 10, 11 və 12-ci mərtəbələrini müsadirə edərək sözün əsl mənasında “çevriliş” ediblər.
İzləyənlər xatırlayacaq, o gecə CHP sözçüsü Faiq Öztrak bir dəfə açıqlama vermiş, amma bir daha ortaya çıxmamışdı. Məlum olub ki, buna səbəb iki bələdiyyə sədrinin "qəhrəmanlığı" olub.
Ona görə də bütün gecəni nə vitse-prezidentlər, nə də partiyanın sözçüsü görünməyib. Hətta təşkilata məsul olan Oğuz Kaan Salıcı da ortalıqda deyildi", - jurnalist qeyd edib.
Müəllifin yazıda daha bir qeydi diqqət çəkir:
"Seçki gecəsi 700-dən çox yerli və xarici jurnalist də məyusluqla öz evinə qayıtdı... Məlum olur ki, təkcə "7-li masa" deyil, qlobal güc mərkəzləri də Türkiyədə hakimiyyət dəyişikliyi xəyalı ilə yaşayırmışlar.
Görünən odur ki, CHP-də istefalar, vəzifəsini tərk edənlər olacaq. Amma mübarizə də bitəcək mübarizəyə oxşamır. İmamoğlunun siyasi müşaviri Necati Özkanın partiyada əsas fiqurlardan birinə çevriləcəyi söylənilir".
M.Övür sonda vurğulayır ki, CHP Ümumi Qərargahından alınan son məlumata görə, partiya daxilində qarşıdurma var. Hətta FETÖ məsələsinə görə Rasim Bölücəyin də öz postunu tərk edəcəyi gözlənilir. / Publika.az
- Dünya
- 17 May 2023